Zelenski Ərdoğanla Azərbaycan qazının Ukraynaya tədarükünü müzakirə edib

Zelenski Ərdoğanla Azərbaycan qazının Ukraynaya tədarükünü müzakirə edib
# 04 fevral 2020 04:36 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının detallarını açıqlayıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, president V.Zelenski bildirib ki, enerji mənbələrinin şaxələndirilməsi məsələsi Ukrayna üçün vacibdir: “Biz Xəzər qazının TANAP boru kəməri (Trans-Anadolu) ilə Ukraynaya uyğun bağlayıcılar vasitəsilə nəqlinin mümkünlüyünü müzakirə etdik”.

Zelinski əlavə edib ki, görüş zamanı Türkiyə prezidentilə Xəzər yataqlarından çıxan Azərbaycan qazının Ukraynaya tədarükü ilə bağlı müzakirələr aparılıb.

İki ölkənin liderləri, həmçinin Kiyev və İstanbul arasında ikitərəfli ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq, həmçinin azad ticarət zonasının yaradılması ilə bağlı danışıqları sürətləndirmək niyyətində olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR