Zurabişvili: “Rusiya ilə münasibətlərdə yeni addımlar atılmalıdır”

Zurabişvili: “Rusiya ilə münasibətlərdə yeni addımlar atılmalıdır”
# 04 mart 2020 15:10 (UTC +04:00)

“Rusiya ilə münasibətlərdə tərəfdaşlarımızla birlikdə yeni addımlar atmalıyıq”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatını təqdim edərkən deyib. Onun sözlərinə görə, bu addımlar güzəşt və ya kompromis deyil, sövdələşmə olmalıdr.

S. Zurabişvili deyib ki, Rusiya Gürcüstanla və bütün regionla yeni qonşuluq münasibətləri qurmaq istəyirsə, bu, hər kəsin marağına cavab verir.

Gürcüstan Prezidenti qeyd edib ki, hər hansı bir məsələ güc yolu ilə həll edilməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR