ABŞ Polşadakı hərbi kontingentini on dəfə artıracaq

ABŞ Polşadakı hərbi kontingentini on dəfə artıracaq
# 19 noyabr 2019 16:26 (UTC +04:00)

ABŞ Polşadakı hərbi kontingentinin sayını artıracaq.

APA-nın RİA Novosti-yə isinadən verdiyi xəbərə görə, bu barədə Polşanın baş naziri Mateuş Moravetski Seymdə çıxışı zamanı deyib.

"Prezident Andrzej Duda və Milli Müdafiə Nazirinin səyləri sayəsində ən güclü müttəfiqimiz olan ABŞ Polşadakı hərbi kontingentini on dəfədən çox artırmaq qərarına gəlib", - deyə baş nazir bildirib.

Bu ilin yayında rəsmi Varşava və Vaşinqton arasında hərbi əməkdaşlıq sahəsində birgə razılaşma imzalanıb. Razılaşmaya əsasən, hazırkı 4 500 nəfərlik ABŞ hərbi kontingentin daha 1000 nəfər artırılması qeyd olunub və həmçinin Polşanın Poznan şəhəri hərbi qüvvələr üçün qərargah seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR