Adanada polisləri daşıyan avtobusda partlayış olub, yaralılar var

Adanada polisləri daşıyan avtobusda partlayış olub, yaralılar var
# 25 sentyabr 2019 09:19 (UTC +04:00)

Türkiyənin Adana vilayətinin Yürəgir rayonun mərkəzində yerli vaxtla 07.20-də xüsusi təyinatlı polisləri daşıyan servis avtobusunda partlayış olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bomba avtobus keçən yolda ağacın dibinə basdırılıb. Terror nəticəsində biri polis, 4-ü mülki şəxs olmaqla 5 nəfər yaralanıb. Partlayışdan ətrafdakı binalar, maşınlar və digər obyektlər zərərə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR