Adnan Oktarı 870 illik həbs gözləyir

Adnan Oktarı 870 illik həbs gözləyir
  • Clock-gray 15:59
  • calendar-gray 12 İyul 2019

Türkiyədə “Harun Yahya” kimi məşhurlaşan Adnan Oktarın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Adnan Oktarla bərabər 226 nəfər təqsirləndirilən şəxslə bağlı ittiham aktı hazırlanıb. İttiham üzrə 125 nəfər zərərçəkmiş kimi tanınıb.

Cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan Adnan Oktarın haqqında 870 il həbs cəzası təyin edilməsi istənilib.

Qeyd edək ki, bir il öncə tutulan Adnan Oktar Adnan dini qrupun rəhbəri olub. O, özünə məxsus televiziya kanalında “kedicik” adlandırdığı çoxlu sayda qadınla proqram aparıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date