AEBA-nın baş direktorunun adı oktyabrda bilinəcək

AEBA-nın baş direktorunun adı oktyabrda bilinəcək
  • Clock-gray 13:44
  • calendar-gray 01 Avqust 2019

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktorunun adı oktyabrda məlum olacaq.

APA-nın xəbərinə görə, AEBA-nın “Twitter” səhifəsində bildirilib ki, oktyabrda Agentliyin baş direktor vəzifəsinə seçki keçiriləcək.

Baş direktor vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı müraciətlər sentyabrın 5-dək davam edəcək.

Baş direktor öz vəzifəsinin icrasına 2020-ci ilin yanvarın 1-dən başlayacaq.

Qeyd edək ki, AEBA-nın baş direktoru Yukiya Amano iyulun 22-si vəfat edib. AEBA-nın baş direktoru vəzifəsini Agentliyin baş koordinatoru, Rumıniyanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda sabiq daimi nümayəndəsi Kornel Ferutse icra edir. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date