Aİ: ABŞ-ın Cavad Zərifə sanksiya tətbiqindən məyusuq

Aİ: ABŞ-ın Cavad Zərifə sanksiya tətbiqindən məyusuq
# 01 avqust 2019 16:14 (UTC +04:00)

ABŞ-ın tətbiq etdiyi sanksiyaya baxmayaraq, Avropa İttifaqı (Aİ) İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə dialoqu davam etdirəcək.

APA-nın xəbərinə görə, bunu Brüsseldə brifinq zamanı Avropa İttifaqının Xarici Siyasət Xidmətinin nümayəndəsi Karlos Ruis de Qordexuela bildirib.

O vurğulayıb ki, Avropa İttifaqı ABŞ-ın Cavad Zərifə sanksiya tətbiq etməsindən məyusdur.

Qeyd edək ki, ötən gün ABŞ M.C.Zərifə qarşı sanksiya tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR