Aİ-nın Xarici İşlər nazirləri Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı bəyanat yayıb

Aİ-nın Xarici İşlər nazirləri Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatla bağlı bəyanat yayıb
# 14 oktyabr 2019 19:29 (UTC +04:00)

Avropa İttifaqına üzv ölkələr Türkiyəni Suriyada hərbi əməliyyatı yekunlaşdırmaq və qoşunlarını ölkədən çıxarmağa çağırıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə bu gün Lüksemburqda keçirilən Avropa İttifaqı Şurasının iclasında qəbul edilən bəyanatda deyilir.

Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Türkiyəyə Suriyada apardığı hərbi əməliyyata görə silah satışı siyasətini koordinasiya etmək barədə də razılığa gəlib.

İclasda Avropa İttifaqına üzv olan 28 ölkənin Xarici İşlər nazirləri İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın üzvü olan ölkələri XİN başçılarının görüşünün keçirilməsinə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR