Avropa İttifaqı informatorların müdafiəsi ilə bağlı yeni qaydalar qəbul edib

Avropa İttifaqı informatorların müdafiəsi ilə bağlı yeni qaydalar qəbul edib
  • Clock-gray 14:11
  • calendar-gray 07 Oktyabr 2019

Avropa İttifaqı (Aİ) informatorların daha yaxşı müdafiəsi olunması ilə bağlı yeni qaydalar qəbul edib.

APA-nın Aİ Şurasının saytına istinadən verdiyi xəbərə görə, yeni qaydalara əsasən, həm özəl, həm də dövlət təşkilatı ilə bağlı məlumatların dövlət orqanlarına ötürülməsi üçün təhlükəsiz kanallar yaradılacaq.

Yeni qaydalar informatorların yüksək səviyyədə qorunmasını təmin etməklə yanaşı, təşkilata üzv ölkələrin milli hökumətlərindən vətəndaşların adekvat şəkildə məlumatlandırması və dövlət məmurlarının informatorla necə davranmaq barədə təlimatlandırmasını tələb edir.  

Aİ-yə üzv dövlətlərə yeni qaydaları öz milli qanunvericiliklərinə əlavə etmək üçün iki il keçid müddəti veriləcək.

Yeni qaydalar dövlət satınalmaları, maliyyə xidmətləri, çirkli pulların yuyulması, nəqliyyat təhlükəsizliyi, nüvə təhlükəsizliyi, sağlamlıq, istehlakçı və məlumatların qorunması da daxil olmaqla, bir çox sektordan olan informatorların yüksək səviyyədə qorunmasına zəmanət verir.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date