Aİ Şurasının və Avropa Parlamentinin rəhbərləri “Brexit” ilə bağlı sazişi dəstəkləyiblər

Aİ Şurasının və Avropa Parlamentinin rəhbərləri “Brexit” ilə bağlı sazişi dəstəkləyiblər
  • Clock-gray 17:04
  • calendar-gray 17 Oktyabr 2019

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk və Avropa Parlamentinin sədri David Maria Sassoli Brüssellə London arasında Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı əldə etdikləri sazişə dəstək verdiklərini açıqlayıblar.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, D.Tusk sazişin olmasını razılaşmanın olmamasından daha yaxşı hesab edib:

"Ümid edirəm ki, bu sənəd həm Aİ-nın, həm də İrlandiyanın maraqlarına cavab verəcək. Biz hamımız Britaniyanın Aİ-dən sistemli şəkildə çıxması üzərində işləyirdik. Biz həmin sənədə baxmalıyıq. Aİ Şurası və Britaniya parlamenti bununla bağlı öz sözünü deməlidir və ən nəhayət, Avropa Parlamenti də sənədin ratifikasiyası üzrə öz işini görməlidir”, - deyə Tusk vurğulayıb.

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date