Aİ: "Brexit” üzrə Britaniya ilə yeni danışıqlar aparılmayacaq

Aİ: "Brexit” üzrə Britaniya ilə yeni danışıqlar aparılmayacaq
# 21 iyun 2019 16:36 (UTC +04:00)

"Böyük Britaniya ilə “Brexit”ə dair danışıqlar açıq deyil".

APA “Euronews”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Aİ sammitinin yekun mətbuat konfransında bildiriblər.

“Brexit” məsələlərinə dair yeni heç nə baş verməyib. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair yenidən danışıqlar aparılmayacaq”, - deyə J.K.Yunker qeyd edib.

Avropa İttifaqına üzv ölkələr həmçinin növbəti Britaniya baş naziri ilə əməkdaşlıq etməyi səbirsizliklə gözlədiklərini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR