Aİ rəsmisi: "Tereza Meyin təklif etdiyi saziş yeganə həll yoludur"

Aİ rəsmisi: "Tereza Meyin təklif etdiyi saziş yeganə həll yoludur"
# 30 may 2019 11:47 (UTC +04:00)

"Baş nazir Tereza Meyin “Brexit”lə bağlı təklif etdiyi saziş Böyük Britaniyanın Avropa İttifaqını qaydalara uyğun şəkildə tərk etməsi üçün yeganə həll yoludur".

ONA-nın “Guardian”-a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa İttifaqının “Brexit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Banier deyib.

“Əgər seçim Aİ-ni saziş olmadan tərk etməkdirsə və ya əksinə Aİ-nin tərkibində qalmaqdırsa, bu başqa məsələdir. Əks halda, Tereza Meyin təklif etdiyi razılaşma yeganə həll yoludur",- deyə M.Barnier qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR