Albaniyada baş vermiş zəlzələ yüzlərlə binaya ziyan vurub

Albaniyada baş vermiş zəlzələ yüzlərlə binaya ziyan vurub
# 02 iyun 2019 06:46 (UTC +04:00)

Cənub-şərqi Albaniyada baş vermiş zəlzələ nəticəsində yüzlərlə bina dağılıb.

ONA xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli rəsmi dairələrə istinadən məlumat yayıb.

Bir qədər əvvəl verilən məlumata görə, zəlzələ zamanı 5 nəfərin xəsarət aldığı, 5 binaya ziyan dəydiyi deyilirdi. Agentlik isə bildirir ki, yaralıların sayı 5 deyil, 4 nəfər olub və onlar xəstəxanaya yerləşdirilib.

Albaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, dağılmış yüzlərlə binanın yarısı tərk edilmiş köhnə tikililərdir. Yerli sakinlər zəlzələdən sonra ən çox ziyanın dəydiyi Flok qəsəbəsində təxminən 50 ailənin evlərini tərk etdiyini bildirir.

Agentlik bildirir ki, 5,3 bal gücündə olan ilk zəlzələnin episentri Albaniya ilə Yunanıstan sərhədi yaxınlığındakı Korça şəhərindən 15 km cənub-şərqdə qeydə alınıb. 7 dəqiqə sonra Yunanıstan və Şimali Makedoniya ilə sərhəd ərazisində 15 km dərinlikdə daha bir zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR