Albaniyada hökumət əleyhinə aksiya keçirilib, polis gözyaşardıcı qaz tətbiq edib - VİDEO

Albaniyada hökumət əleyhinə aksiya keçirilib, polis gözyaşardıcı qaz tətbiq edib - VİDEO
# 09 iyun 2019 17:56 (UTC +04:00)

Albaniyanın paytaxtı Tiranada növbəti dəfə hökumət əleyhinə keçirilən aksiyada toqquşma baş verib.

APA-nın xəbərinə görə, bu barədə "Euronews" məlumat yayıb.

Minlərlə insanın iştirak etdiyi aksiyada baş nazir Edi Ramın istefasını tələb edilib. Bu, müxalif Demokrat Partiyasının fevral ayında parlamentdən çıxmasından sonra keçirilən 8-ci böyük akasiya olub. Toqquşmalar zamanı polis aksiyaçılara qarşı su şırnağı və gözyaşardıcı qaz tətbiq edib.

Qeyd edək ki, Albaniyada aksiyalar fevral ayında başlayıb. Demokrat Partiyasının lideri Lulzima Başa və tərəfdarları baş nazir E. Ramın istefasını və yeni seçkilərin keçirilməsini tələb edir. Hakim Albaniya Sosialist Partiyası və partiyanın sədri seçkilərdə saxtakarlıqda və korrupsiyada ittiham olunur. E. Ram korrupsiya və saxtakarlıq ittihhamını qəbul etmir və istefa verməyəcəyini bəyan edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR