Almaniya mətbuatı siyasi mühacir alverində şübhəli bilinən azərbaycanlıların saxlanması barədə məlumat yayıb

Almaniya mətbuatı siyasi mühacir alverində şübhəli bilinən azərbaycanlıların saxlanması barədə məlumat yayıb
# 14 noyabr 2019 12:18 (UTC +04:00)

Almaniya polisinin siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlıların saxlaması ilə nəticələnən əməliyyat barədə Almaniya mətbuatında məlumatlar dərc olunub.

APA-nın məlumatına görə, "Spiegel" qəzeti yazır ki, Almaniyanın Federal Polisi qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin altı əyalətində 38 mənzil və ticarət obyektlərində axtarış aparıb.

Prokuror Osnabrückun adından verilən aşıqlamada tədbirlərin əsasən Şərqi Avropadan qanunsuz yolla gətirilən əcnəbilərə qarşı aparıldığı bildirilir. Şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılanların Ukraynadan qeyri-qanuni işçilər cəlb etdiyi bildirilir.

Qəzetin yazdığına görə, 180 federal polisin Şimali Reyn-Vestfaliya və Hesse bölgələrində apardıqları axtarışlar nəticəsində isə məlum olub ki, Azərbaycandan da bir neçə dəstə burada qanunsuz yerləşdirilib. Köln, Düsseldorf, Frankfurt Main və Visbadendəki 13 obyektdə axtarış aparılıb və həbslər olub.

FFH radiosu isə bildirir ki, saxlanılanlar arasında 49 və 58 yaşlı iki Azərbaycan vətəndaşı da var. 49 yaşlı şəxsin dəstənin başçısı olduğu bildirilir. İddiaya görə, həmin şəxs çirkli pulların yuyulması və qanunsuz kommersiya fəaliyyəti ilə məşğul olub.

Dəstənin Azərbaycandan ən azı 20 nəfərin qanunsuz olaraq Almaniyaya gətirdiyi, bunun müqabilində hər birindən 3000-10000 avro aldıqları bildirilir.

Federal polisin tədqiqata bu ilin iyun ayından başladığı xəbər verilir.

Qeyd edək ki, Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb. Bu barədə Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb.

O bildirib ki, alman polisi Frankfurt, Köln, Visbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: "Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış".

Həbib Müntəzir qeyd edib ki, Almaniya polisi tərəfindən saxlanılanlardan 7 nəfərinin adını dəqiqləşdirə bilib: "Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;
Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;
Abdin Cavadov - Müsavat AKM-in üzvü;
Mehdi Xəlilbəylinin qohumu;
Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri;
Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir;
Mehdinin sürücüsü Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR