Almaniya Prezidenti Gürcüstana səfər edəcək

Almaniya Prezidenti Gürcüstana səfər edəcək
# 02 oktyabr 2019 17:13 (UTC +04:00)

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 6-da Gürcüstana səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyasından məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri olacaq.

Bundan başqa, Frank-Valter Ştaynmayerin Gürcüstanın Baş naziri Giorgi Qaxaria, Parlamentin spikeri Arçil Talakvadze, Bütün Gürcüstanın Patriarxı II İliya ilə görüşləri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR