Almaniyada avtobusun aşması nəticəsində 40 nəfər xəsarət alıb

Almaniyada avtobusun aşması nəticəsində 40 nəfər xəsarət alıb
  • Clock-gray 02:58
  • calendar-gray 08 İyul 2019

Almaniyada avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 40 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Westfalen-Blatt” nəşri məlumat yayıb.

Hadisə Şimali Reyn – Vestfaliyanın federal torpaqlarında baş verib.

“İlkin məlumata görə, hadisə nəticəsində iki sürücü də daxil olmaqla, 10 nəfər ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərin xəsarətləri yüngül olub”, - yerli polisin hesabatında belə deyilir.

Qəzanın təfərrütları polis tərəfindən araşdırılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date