Angela Merkel səhhəti ilə bağlı açıqlama verib

Angela Merkel səhhəti ilə bağlı açıqlama verib
# 29 iyun 2019 11:18 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel səhhəti ilə bağlı açıqlama verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Yaponiyanın Osaka şəhərində keçirilən G 20 ölkələri liderlərinin sammitində iştirak edən A. Merkel səhhətində heç bir problemin olmadığını bildirib: “Əminəm ki, bu hal necə yaranıbsa, elə də gedəcək. Bu barədə xüsusi bir şey deyə bilmərəm. Özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, A. Merkel Ukrayna prezidenti Viladimir Zelenski ilə iyunun 18-də görüşü zamanı titrəməyə başlayıb.

Oxşar hadisə ikinci dəfə Almaniya prezidentinin iqamətgahında baş verib. Prezidenti Frank Volter Ştaynmayerin ədliyyə nazirinin vəzifəsinin icrasına başlaması ilə əlaqədar nitqi zamanı kansler onunla birlikdə zalda dayanıb. A.Merkel dayandığı yerdə güclü şəkildə titrəməyə başlayıb. O, təklif edilən sudan imtina edərək ayaq üstə qalmağa davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR