Angela Merkel və Vladimir Putin arasında telefon danışığı olub

Angela Merkel və Vladimir Putin arasında telefon danışığı olub
# 29 avqust 2019 15:28 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, tərəflər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

"Kansler və Rusiya Prezidenti Suriyadakı vəziyyətə toxunub, ölkənin şimal qərbindəki hərbi gərginliyi müzakirə ediblər. Onlar münaqişənin sonlandırılması üçün BMT-nin himayəsi altında siyasi dialoqun vacibliyini vurğulayıblar.

Hər iki rəsmi BMT-nin Suriya və Liviya üzrə xüsusi nümayəndələri Geir Pedersen və Hassan Salamin fəaliyyətinə dəstəklərini bir daha təsdiqləyiblər", - deyə Almaniya kanslerinin ofisindən bildirilib.

A.Merkel və V.Putin Ukrayna üzərindən qaz tranziti məsələsini də müzakirə ediblər.

"Onlar gələcək qaz tranziti müqavilələri ilə bağlı danışıqların sürətləndirilməsinin vacibliyini vurğulayıbar", - kanslerin ofisindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR