Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"

Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"
# 12 sentyabr 2019 17:23 (UTC +04:00)

"Strateji hazırlığımız aydın şəkildə göstərir ki, məqsədimiz Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaqdır”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze NATO Parlament Assambleyasının prezidenti Madelin Munla (Madeleine Moon) keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, Gürcüstan NATO-nun bütün əsas tələblərinə cavab verir və ölkənin demokratik təsisatları onun standartlarına uyğundur.

“Buxarest sammitində NATO və tərəfdaşlarımız Gürcüstanın alyansa üzv olacağını, NATO-nun qapısının Gürcüstan üçün açıq olduğunu açıq şəkildə bildirdilər. Ölkəmiz NATO-ya qoşulmaq üçün strateji hazır vəziyyətdədir. Gürcüstan NATO-nun bütün tələblərinə cavab verir. Demokratik təsisatlarımız artıq NATO standartlarına uyğundur. Belə bir qərar əsas tərəfdaşlarımız və NATO-nun yüksək səviyyəli rəsmiləri tərəfindən müzakirə edilməlidir. Yalnız bundan sonra müəyyən bir üzvlük qərarı müzakirə edilə bilər",- deyə A.Talakvadze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR