AŞPA-da “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbir keçirilib

AŞPA-da “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbir keçirilib
# 02 oktyabr 2019 15:51 (UTC +04:00)

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbir keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sahibə Qafarova, AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şennak, Qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması üzrə Birləşmiş Millətlər Komitəsinin üzvü Elgün Səfərli, Mərkəzi Seçki Komissiyası katibliyinin müdiri Rövzat Qasımov, Azərbaycan Siyasi Psixologiya Mərkəzinin direktor müavini Ayan İsmayılova iştirak edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan qadınının siyasi, iqtisadi, mədəni həyatda rolunun hər il artmaqda olduğunu deyib. Azərbaycan qadınının Şərqdə ilk səsvermə hüququna sahib olduğunu vurğulayan S.Seyidov, ölkəmizin bunu daha da gücləndirmək üçün davamlı şəkildə işlər gördüyünü bildirib.

AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sahibə Qafarova Azərbaycanda qadınların müxtəlif sferalarda aktiv olduğunu bildirib: ”2005 və 2015-ci illər arasında Milli Məclisdə təmsil olunan qadın millət vəkillərimizin sayı 11%-dən 17-%-ə qalxıb. Hazırda Azərbaycan qadını sosial həyatın bütün sahələrində aktivdir”.

S.Qafarova həmçinin cəbhə bölgəsindəki qadınların, qaçqın düşən vətəndaşların yaşadıqları çətinliklərdən, onların tezlikə doğma yurdlarına qayıtmasının əhəmjyyətindən danışıb.

MSK katibliyinin müdiri Rövzat Qasımov isə Azərbaycan qadınının seçkilərdəki aktivliyindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR