​​​​​​​AŞPA-nın payız sessiyasında insan haqları mükafatı təqdim edilib

​​​​​​​AŞPA-nın payız sessiyasında insan haqları mükafatı təqdim edilib
# 30 sentyabr 2019 15:22 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında insan haqları mükafatı təqdim edilib.

APA-nın London bürosunun verdiyi xəbərə görə, AŞPA-nın payız sessiyası çərçivəsində “Vatslav Havel İnsan Haqları” mükafatının qalibi hazırda Çində ömürlük həbsdə olan uyğur bloqer, iqtisadçı İlham Tohti və İnsan Hüquqları üçün Gənclər Təşəbbüsü Cəmiyyəti olub.

Onun mükafatını AŞPA prezidenti Lilian Mori Paskye İlham Tohti adına olan qurumun (İlham Tohti İnitiative) rəhbəri Enver Cana təqdim edib.

Enver Can çıxışında İlham Tohti adına mükafatı almaqdan qürur duyduğunu və onun uyğurların qəhrəmanı olduğunu bildirib: “Uyğurlar Mərkəzi Asiya və dünya sivilizasiyasına töhfə verməkdədirlər, ancaq eyni zamanda onlar illərdir ki, normal həyat yaşamaq üçün mübarizə aparırlar”.

O, uyğurlar üçün sülhün əhəmiyyətinə diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR