ATƏT-in baş katibi: "Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm"

ATƏT-in baş katibi: "Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm"
# 19 noyabr 2019 04:54 (UTC +04:00)

ATƏT-in baş katibi Tomas Qreminger Gürcüstandakı vəziyyətdən narahat olduğunu və vəziyyətin dialoq yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

“Mən Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm. Ümid edirəm ki, bütün tərəflər dinc etirazı təmin edə, dialoq və qanuna hörmət yolu ilə irəliyə doğru addım ata biləcəklər”, - deyə Qreminger deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR