ATƏT PA Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə qəbul edib

ATƏT PA Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə qəbul edib
  • Clock-gray 13:19
  • calendar-gray 07 İyul 2019

ATƏT-in Parlament Assambleyasının (PA) Lüksemburqda keçirilən 48-ci sessiyasında Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə səsə qoyularaq qəbul edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, 26 maddədən ibarət qətnamədə Gürcüstanın işğal edilmiş ərazilərində vəziyyət, təhlükəsizlik,  insan haqları kimi məsələlərə toxunulub.

Layihədə işğal edilmiş ərazilərdə tikanlı məftillərin çəkilməsi, Abxaziya və Cənubi Osetiyada etnik diskriminasiya, işgəncə, qətllər, kobud rəftar və qanunsuz həbslərin olduğu qeyd edilib. Sənəddə  işğal edilmiş ərazilərdə gürcü dili dərslərinin qadağan edilməsi qınanılıb.

Qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, səsvermə zamanı 50 deputat qətnamə layihəsinin lehinə, 3 deputat əleyhinə səs verib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date