Avropa İttifaqı “Brexit”in uzadılma tarixi ilə bağlı qərarı təxirə salıb

Avropa İttifaqı “Brexit”in uzadılma tarixi ilə bağlı qərarı təxirə salıb
# 25 oktyabr 2019 15:03 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) “Brexit”in uzadılma tarixi ilə bağlı qərarı təxirə salıb.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, Aİ-nin “Brexit” üzrə baş müzakirəçisi Mişel Barnier bu gün Brüsseldə Aİ səfirləri ilə keçirilən iki saatlıq görüşdən sonra “Brexit”in tarixi ilə bağlı heç bir qərarın olmadığını bildirib.

O, bunun Boris Consonun ümumi seçki tələbi ilə əlaqədar olduğunu qeyd edib.

Qeyd edək ki, Britaniyanın Baş naziri Boris Conson dekabrın 12-də erkən seçkilərin keçirilməsini, bunun üçün oktyabrın 28-də parlamentdə səsvermənin olmasını istəyir. Aİ-nin isə “Brexit”in tarixi ilə bağlı qərarı erkən seçkilərin keçirilib-keçirilməməsindən asılı olaraq verəcəyi güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR