Avropa Komissiyasının prezidenti "G7"-nin sammitində iştirak etməyəcək

Avropa Komissiyasının prezidenti "G7"-nin sammitində iştirak etməyəcək
# 19 avqust 2019 15:57 (UTC +04:00)

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "G7"-nin bu həftənin sonunda Fransada keçiriləcək sammitində iştirak etməyəcək.

APA-nın “Financial Times”-ə istinadən verdiyi xəbərə görə, buna səbəb Avropa Komissiyasının prezidentinin səhhətində yaranmış problemdir. Məlumata görə, Jan-Klod Yunker bir müddət xəstəxanada qalacaq.

Xatırladaq ki, Avropa Komissiyasının prezidenti səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, avqustun 17-də öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR