Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri postuna təyinatı dəstəklənib

Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri postuna təyinatı dəstəklənib
# 17 sentyabr 2019 15:07 (UTC +04:00)

Avropa Parlamenti Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri postuna təyinatını dəstəkləyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Avropa Parlamentinin plenar iclası zamanı səsvermə keçirilib.

Deputatların böyük çoxluğu, 649 deputatdan 394 nəfəri Kristin Laqardın Avropa Mərkəzi Bankının rəhbəri postuna təyinatına səs verib.

Avropa İttifaqına üzv dövlətlərin liderləri 17-18 oktyabrda keçiriləcək sammitdə onun təyinatını təsdiq etməlidirlər.

Qeyd edək ki, Avropa İttifaqı Şurası K. Laqardın Avropa Mərkəzi Bankının rəhbəri postuna namizədliyini təsdiqləyib.

Noyabrın 1-də K. Laqard bu postda italiyalı Mario Draqini əvəz edəcək.

Xatırladaq ki, K. Laqard Beynəlxalq Valyuta Fondunun rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR