Avropa Parlamentinin prezidenti “Brexit”lə bağlı irəliləyişin olmadığını bildirib 

Avropa Parlamentinin prezidenti “Brexit”lə bağlı irəliləyişin olmadığını bildirib 
# 09 oktyabr 2019 00:29 (UTC +04:00)


“Bura “Brexit”lə bağlı danışıqları bir addım qabağa aparacaq təkliflər eşitmək ümidi ilə gəlmişdim. Ancaq məsələ ilə bağlı hər hansı irəliləyişin olmadığını təəssüflə, qeyd etməliyəm”.

APA-nın London bürosunun ”Sky News”a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Parlamentinin Prezidenti David Mariya Sassoli Britaniyanın Baş naziri Boris Consonla görüşdən sonra verdiyi bəyanatda deyib.

O, “Brexit”lə bağlı irəliləyişin olmadığını bildirib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk da “Brexit”lə bağlı Boris Consona sərt formada xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR