Avropa Parlamentinin yeni prezidentinin adı məlum olub.
APA-nın Avropa Parlamentinin saytına istinadən verdiyi xəbərə görə, namizədliyi Sosialistlər və Demokratların Proqressiv Alyansı siyasi qrup tərəfindən irəli sürülən David Maria Sassoli parlamentin prezidenti seçilib.
David-Maria Sassoli seçkidə iştirak edən 667 deputatdan 345-nin dəstəyini alıb.
Qeyd edək ki, 2017-ci ilin yanvarında Avropa Parlamentinin prezidenti seçilən italiyalı Antonio Tajaninin səlahiyyət müddəti bu il başa çatır.
Avropa Parlamenti prezidentinin səlahiyyət müddəti 2 il 5 aydır.