Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə yeni komissarının adı bilinib

Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə yeni komissarının adı bilinib
# 10 sentyabr 2019 15:09 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə yeni komissarının adı məlum olub.

APA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, bu vəzifəyə Macarıstanın sabiq ədliyyə naziri, Avropa parlamentinin deputatı Laszlo Trocsanyi təyin olunub.

Hüquq elmləri üzrə professor L. Trocsanyi Macarıstanın Fransa və Belçikada səfiri vəzifəsində də çalışıb.

Daha əvvəl bu postda çalışan Yohannes Han isə Büdcə və Administrasiya məsələləri üzrə kommisar təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR