Avstriyanın Lints şəhərində aeroport yaxınlığında partlayış olub

Avstriyanın Lints şəhərində aeroport yaxınlığında partlayış olub
# 10 oktyabr 2019 13:24 (UTC +04:00)

Avstriyanın Lints şəhərində hava limanının yaxınlığında partlayış olub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb.

"Kronen Zeitung" qəzeti isə partlayış nəticəsində 9 nəfərin yaralandığını yazıb.

Verilən məlumata görə, partlayış zibil emalı müəssisəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR