Azərbaycan səfiri Gürcüstan DTX-nın rəisi ilə görüşüb

Azərbaycan səfiri Gürcüstan DTX-nın rəisi ilə görüşüb
# 24 oktyabr 2019 10:15 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Məlumata görə, tərəflər Gürcüstan və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

Danışıqlar zamanı bölgədəki təhlükəsizlik mühiti və iki ölkənin üzləşdiyi təhdid və çağırışlar müzakirə olunub.

Q. Liluaşvili və D. Həsənov iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR