Azərbaycanlı həkim Marneuli merinin məsləhətçisi təyin edilib

Azərbaycanlı həkim Marneuli merinin məsləhətçisi təyin edilib
# 28 oktyabr 2019 12:57 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı həkim Adil Əliyev Marneuli merinin məsləhətçisi təyin edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Marneuli meri Zaur Darğallı "Facebook"da bildirib.

Z. Darğallı qeyd edib ki, gənclər sahəsinin inkişaf etdirilməsi və dəstəklənməsi məqsədilə əslən Marneulidən olan A. Əliyev merin gənclərlə iş üzrə məsləhətçisi təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR