Bakı-Tbilisi-Qars xətti ilə hərəkət edən “Çin Dəmir yolu Ekpresi” Cin-Çexiya yolunu 12 günə qət edəcək

Bakı-Tbilisi-Qars xətti ilə hərəkət edən “Çin Dəmir yolu Ekpresi” Cin-Çexiya yolunu 12 günə qət edəcək
  • Clock-gray 02:16
  • calendar-gray 07 Noyabr 2019

Bu gecə yerli vaxtla saat 03:30-da Mərmərə tunelindən keçəcək olan Çinin yük qatarı “Çin Dəmir yolu Ekpresi” İstanbul boğazından keçen ilk yük qatarıdır.

Bu barədə APA-nın yerli bürosuna Türkiyənin Nəqliyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. 

Dünyanın ən dərin tuneli kimi inşa edilmiş Mərmərə tunelindən keçən “Çin Dəmir yolu Ekpresi” Avropaya gedən ilk yük qatarıdır. Qatar dünən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçərək Ankarada təntənə ilə qarşılanıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan tədbirdə bildirib ki, Çin, Asya, Avrapa və Orta Şərqi birləşdirən bu layihə Türkiyə-Azərbaycan və Gürcüstanın əməkdaşlığı əsasında həyata keçən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən ilk dəfə keçib.

Nazir deyib ki, 30 oktyabr 2017-ci ildən fəaliyyətdə olan BTQ Asiya və Avropa arasında dəmir yolu yükdaşınması sahəsində yeni mərhələyə başlayıb: "Asiya ilə Avropa arasında 21 trilyon dollarlıq ticarət həcmində olan Dəmir İpək Yolu xətti layihəsindən 5 milyarda yaxın insan və 60 ölkə faydalanacaq”. 

Mehmet Cahit Turhan bildirib ki, “Çin Dəmir yolu Ekpresi”nin ümumi uzunluğu 820 metrdir. Qatar 42 konteyner yüklü vagonla 2 qitə, 10 ölkə, 2 dənizi aşaraq 11 bin 483 kilometrelik yolu 12 gündə qət edəcək.

Qeyd edək ki, “Çin Dəmir yolu Ekpresi” Bolqarıstan, Serbiya, Macarıstan, Slovakiyadan keçəcək, son dayanacağı Çexiyanın Praqa şəhəri olacaq. Asiyadan Avropaya istiqamət alan qatar Türkiyəyə gələnə qədər Çindən çıxıb, Qazaxıstandan, Xəzər sahilindən, Bakıdan, Tbilisidən keçib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date