Baş nazir: “Gürcüstanın NATO və Aİ-yə üzvlüyü gürcü xalqının seçimidir”

Baş nazir: “Gürcüstanın NATO və Aİ-yə üzvlüyü gürcü xalqının seçimidir”
# 07 iyun 2019 12:42 (UTC +04:00)

“Gürcüstanın NATO və Avropa İttifaqına üzvlüyü gürcü xalqının seçimidir”.

APA TASS-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Mamuka Baxtadze San-Fransiskoda keçirilən ictimai forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gürcü xalqının 80 faizdən çoxu Avropa İttifaqı və NATO-ya üzvlük ideyasını dəstəkləyir: “Bu, siyasi rəhbərlik tərəfindən qəbul edilmiş qərar deyil, təşəbbüs xalqdan gəlir. Bu səbəbdən də bir daha vurğulamaq istəyirəm ki, Aİ və NATO-ya üzvlük mənim xalqımın seçimidir. Gürcüstan buna layiqdir”, - deyə M.Baxtadze qeyd edib.

Baş nazir həmçinin vurğulayıb ki, Gürcüstanın NATO-ya üzvlüyü bir gün ərzində gerçəkləşməyəcək və bu, geosiyasi vəziyyətdən asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR