Batumidə 13-cü Beynəlxalq Müdafiə və Təhlükəsizlik konfransının iştirakçıları təxliyə edilib

Batumidə 13-cü Beynəlxalq Müdafiə və Təhlükəsizlik konfransının iştirakçıları təxliyə edilib
# 06 noyabr 2019 10:02 (UTC +04:00)

Batumidə 13-cü Gürcüstan Müdafiə və Təhlükəsizlik konfransının keçirildiyi hotel binasında insident olub.

APA-nın yerli bürosu xəbər verir ki, konfransın başlanmasına bir neçə dəqiqə qalmış hotelin yanğın-təxliyə sistemi işə düşüb. Bundan sonra nümayəndələr təcili binanı tərk ediblər.

Faktla bağlı açıqlama verilməyib. Yanğın sisteminin işə düşməsinin səbəbi məlum deyil. Nümayəndələrin iclas zalına qayıtdığı bildirilib.

Qeyd edək ki, konfransda NATO Baş katibinin müavini, ABŞ konqresmenləri, eləcə də Gürcüstanın dövlət və hökumət rəsmiləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR