Bavariyada polislə naməlum şəxslər arasında atışma olub, ölən var

Bavariyada polislə naməlum şəxslər arasında atışma olub, ölən var
# 03 oktyabr 2019 05:20 (UTC +04:00)


Bavariyanın Abensberg şəhərində bir nəfərin ölümü və digərinin yaralanmasında şübhəli bilinən iki nəfər polis tərəfindən axtarılır.

APA-nın məlumatına görə, bu barədə "Fokus" onlayn nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, axşam saat 6-da (Moskva vaxtı ilə 19:00-da) polisə atışma ilə bağlı telefonla məlumat daxil olub. Əraziyə gələn patrul orada bir nəfərin cəsədini aşkar edib. Saat yeddinin yarısında (Moskva vaxtı ilə 19.30), yeni bir atışma haqqında və bir nəfərin ağır yaralanması barədə xəbər verilib.

Silahlı şəxslərdən biri avtomobillə hadisə yerindən uzaqlaşmaq istəsə də, polis onu helikopter vasitəsilə təqib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR