BMT-nin baş katibi Vladimir Putinlə görüşəcək

BMT-nin baş katibi Vladimir Putinlə görüşəcək
# 05 iyun 2019 12:02 (UTC +04:00)

BMT-nin baş katibi Antonio Quterreş Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə A. Quterreş özü məlumat yayıb.

Onun sözlərinə görə, V. Putinlə görüş zamanı dayanıqlı inkişaf, iqlim dəyişikliyi, sülh və təhlükəsizliyə yönəlmiş qlobal çağırışlar, həmçinin terrorçuluqla mübarizə mövzuları müzakirə ediləcək.

“Rusiya BMT-ni yaradan dövlətlərdən biri və Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bu səbəbdən də Rusiya rəhbərliyi ilə mütəmadi ünsiyyətdə olmaq imkanına sahib olmaq mənim üçün çox vacibdir", - deyə A.Quterreş vurğulayıb.

Qeyd edək ki, Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 6-8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR