Bolqarıstan Fransaya nota verəcək

Bolqarıstan Fransaya nota verəcək
# 03 noyabr 2019 11:14 (UTC +04:00)

Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makronun bolqarıstanlı miqrantlar barədə ifadəsinə görə bu ölkəyə nota verəcək.

APA-nın BGNES-ə istinadən verdiyi məlumata görə, Fransanın Bolqarıstandakı səfiri Florens Robin də sabah - noyabrın 4-də Bolqarıstan XİN-ə dəvət edilib.

Səfirdən E. Makronun “Valeurs Actuelles” jurnalına müsahibəsində bolqar miqrantlar barədə ifadəsinə aydınlıq gətirməsi istəniləcək.

Bolqarıstan Xarici İşlər naziri Yekaterina Zaxariyeva E. Makronun sözlərinin Fransadakı bolqar cəmiyyəti üçün təhqiramiz olduğunu bildirib.

Qeyd edək ki, E. Makron “Valeurs Actuelles” jurnalına müsahibəsində qeyri-leqal miqrantlarla mübarizə barədə danışarkən “qeyri-leqal Ukrayna və bolqar dəstələri” ifadəsini dilə gətirib.

Bununla əlaqədar noyabrın 1-də Fransanın Ukraynadakı səfiri də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR