Boris Conson Avropa Komissiyasının prezidenti ilə görüşüb

Boris Conson Avropa Komissiyasının prezidenti ilə görüşüb
# 16 sentyabr 2019 17:08 (UTC +04:00)

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Böyük Britaniyanın Baş Naziri Boris Conson Lüksemburqda işgüzar nahar çərçivəsində görüşüblər.

APA-nın London bürosunun xəbərinə görə, Avropa Komissiyası tərəfindən görüşlə bağlı verilən bəyanatda bildirilib ki, görüşün məqsədi Avropa İttifaqı və Böyük Britaniya arasında davam edən texniki danışıqları nəzərdən keçirmək və növbəti addımları müzakirə etməkdir.

Jan-Klod Yunker jurnalistlərə Boris Consonla “dostcasına görüş" keçirdiklərini deyib. O əlavə edib ki, tərəflər arasında danışıqlar yüksək sürətdə davam edəcək.

Böyük Britaniya tərəfi də görüşdən sonra bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Baş Nazir 31 oktyabrda Böyük Britaniyanın Aİ-dən çıxaracağını təkrarlayıb: “Həmçinin liderlər müzakirələrin intensivləşməsi lazım olduğunu və görüşlərin tezliklə gündəlik olaraq baş tutacağı barədə razılığa gəliblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR