Boris Conson baş nazir seçiləcəyi halda Aİ-yə kompensasiya ödənilməyəcək

Boris Conson baş nazir seçiləcəyi halda Aİ-yə kompensasiya ödənilməyəcək
  • Clock-gray 14:24
  • calendar-gray 09 İyun 2019

Böyük Britaniya baş naziri postuna iddialı Boris Conson Avropa İttifaqının (Aİ) şərtinə əsasən Brexit üçün kompensasiya ödəməyəcəyini vəd edib.

APA-nın məlumatına görə bu barədə "Alman dalğası" məlumat yayıb.

B. Conson baş nazir Tereza Meydən fərqli olaraq, kompensasiya məsələsindən Aİ ilə danışıqlarda daha əlverişli saziş imzalamaq üçün istifadə edəcək. Əgər Aİ daha əlverişli şərtlərlə saziş təklif etməsə, kompensasiyanın ödənilməsi təmin olunmayacaq. B. Conson deyib ki, "dostlarımız başa düşməlidir ki, gələcəklə bağlı daha aydın yol olmasa, pulun ödənilməsi təxirə salınacaq".

Bununla bərabər, B. Conson T. Meyin İrlandiya ilə sərhədlərə dair razılaşmasını da rədd edəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp keçən həftə Böyük Britaniyaya Aİ-yə  kompensasiya ödəməməyi məsləhət görüb. D. Tramp B. Consonun baş nazir postuna namizədliyini də dəstəkləyib.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date