Boris Conson bir vaxtlar rok-ulduz və ya böyük mağazaların sahibi olmağı arzulayıb

Boris Conson bir vaxtlar rok-ulduz və ya böyük mağazaların sahibi olmağı arzulayıb
# 31 avqust 2019 04:28 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson əvvəllər rok-ulduz və ya supermarketlər şəbəkəsinin sahibi olmağı arzu etdiyini bildirib.

APA “Press Association” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Conson gənc jurnalistlərlə görüşən zaman deyib.

“Mənim müxtəlif hədəflərim olub. Bir müddət fikirləşirdim ki, musiqiçi, rok-ulduz ola bilərəm, ancaq çox uzağa gedə bilmədim. Ondan sonra mağazalar şəbəkəsi yaratmağı və maqnata çevrilməyi düşündüm, ancaq bu işdə də qərar verə bilmədim. Mən mətbəx plitələri istehsal etməyi düşünürdüm, bu isə ən uğursuz qərar idi”, - britaniyalı baş nazir belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR