Boris Conson "Brexit" anlaşılmazlığına qarşı parlamentariləri seçkilərlə hədələyib

Boris Conson "Brexit" anlaşılmazlığına qarşı parlamentariləri seçkilərlə hədələyib
  • Clock-gray 07:15
  • calendar-gray 04 Sentyabr 2019

Britaniyanın baş naziri Boris Conson “Brexit” dalanından xilas olmağın yeganə üsulunu tapdığını bildirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlamanı o, sentyabrın 3-də İcmalar palatasında çıxışı zamanı deyib.

Bildirilir ki, parlamentin deputatları özlərinə “Brexit”lə bağlı qanun layihəsinə baxmaq hüququ verdikdən sonra Conson çıxış edib. Baş nazirin sözlərinə görə, əgər deputatlar Birləşmiş Krallığın AB-ni tək etməsi üçün “növbəti mənasız” təxirəsalmanın lehinə səs versələr, o zaman seçkilər “Brexit” ətrafında yarnmış vəziyyətin yeganə həlli üsulu olacaq.

“Müxalifət lideri son iki ildə seçkilər üçün dualar edir. Mən seçkiləri istəmirəm, ancaq deputatlar sabah (sentyabrın 4-də) AB ilə danışıqların dayandırılmasının və “Brexit”lə bağlı daha bir mənasız təxirəsalmanın lehinə səs versələr, o zaman bu, problemin yeganə həlli yolu olacaq. Bir daha təsdiq edirəm ki, bu gün parlamentə növbədənkənar seçkilərin keçirilməsi haqqında bir təklif təqdim edirik”, - Conson belə deyib.

Sərxan Kamallı

Digər xəbərlər

Arxiv

date