Boris Conson "Brexit”in uzadılması üçün AB-yə müraciət edib

Boris Conson "Brexit”in uzadılması üçün AB-yə müraciət edib
  • Clock-gray 03:24
  • calendar-gray 20 Oktyabr 2019

Böyük Britaniyanın baş naziri Boris Conson “Brexit”in uzadılması üçün Avropa Birliyinə müraciət edib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Boris Conson AB-yə ünvanlanan məktuba öz imzasını qoymayıb. Bundan əlavə o, imzasını qoyduğu ikinci bir məktub da yollayıb. Conson məktubda “Brexit”in uzadılmasının bir səhv olacağına inandığını bildirib.

Avropa Şurasının prezidenti Donald Tusk detalları açıqlamasa da, özünün "Twitter" səhifəsində uzadılma tələbi ilə bağlı məktubu aldığını yazıb. O, AB liderləri ilə məsləhətləşəcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Böyük Britaniya parlamentində AB ilə “Brexit” üzrə əldə edilmiş yeni razılaşmaya dair səsvermə təxirə salınıb. B.Conson da, keçən ay qəbul edilən Benn Aktı adlı qanunvericiliyə əsasən, AB-yə təxirə salınma ilə bağlı məktub ünvanlamağa məcbur qalıb.

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date