Boris Consonun Aİ-dən əlavə vaxt istəməsi üçün son saatları qalıb

Boris Consonun Aİ-dən əlavə vaxt istəməsi üçün son saatları qalıb
# 20 oktyabr 2019 00:33 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson “Brexit”in uzadılması üçün Avropa Şurasının prezidenti Donald Tuska müraciət edəcək.

APA “BBC”-yə istinadən xəbər verir ki, keçən ay qəbul edilən Benn Aktı adlı qanunvericiliyə əsasən, Boris Consonun Aİ-dən əlavə vaxt istəməsi üçün bu gün Britaniya saatı ilə 23:00-a qədər vaxtı var.

D.Tusk özünün "Twitter" səhifəsində Boris Consonla məsələ ilə bağlı danışdığını və onun məktubunu gözlədiyini bildirib.

Qeyd edək ki, bu gün Böyük Britaniya parlamentində Aİ ilə “Brexit” üzrə əldə edilmiş yeni razılaşmaya dair səsvermə təxirə salınıb. Boris Conson “Brexit“in təxirə salınmasının həll yolu olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR