Böyük Britaniya Parlamentində “Brexit” üzrə prosedur davam edir

Böyük Britaniya Parlamentində “Brexit” üzrə prosedur davam edir
  • Clock-gray 01:19
  • calendar-gray 23 Oktyabr 2019

Böyük Britaniya parlamentariləri bu gün keçirilən iclasda “Brexit” haqqında qanun layihəsini dəstəkləyiblər. 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, 329 parlament üzvü qanunun lehinə, 299 üzv isə əleyhinə səs verib. Ancaq parlament üzvləri 110 səhifəlik bu anlaşmanın qalan mərhələlərinin qrafiki ilə bağlı razılaşma əldə edə bilməyiblər. Buna görə də Böyük Britaniyanın Baş Naziri Boris Conson “Brexit” qanun layihəsini dayandırdığını bildirib. 

Qərar sonrası Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Aİ-yə olan üzv dövlətlərə “Brexit”in müddətinin uzadılmasını məsləhət görəcəyini, bu barədə yazılı prosedur təklif edəcəyini bildirib.
 

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date