BP-nin II rübdə əldə etdiyi xalis mənfəət proqnozları üstələyib

BP-nin II rübdə əldə etdiyi xalis mənfəət proqnozları üstələyib
# 30 iyul 2019 14:46 (UTC +04:00)

Böyük Britaniyanın “British Petroleum” şirkətinin (BP) cari ilin II rübü üzrə xalis mənfəəti 2,8 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, neftin qiymətinin aşağı olması səbəbindən şirkətin sözügedən dövr üzrə xalis mənfəəti ötənilki göstəricilərdən fərqlənməyib.

İkinci rübdə BP-nin xalis mənfəəti analitiklərin proqnozlaşdırdığı 2,46 mlrd. dolları 14%-ə yaxın üstələyib.

Şirkətin II rübdə gündəlik hasilatı 3,8 mln. barel neft ekvivalenti səviyyəsinə yüksəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur.

Eyni zamanda Meksika körfəzindəki “Barry” qasırğasının təsirlərini nəzərə alaraq cari ilin III rübündə istehsal səviyyəsi II rübdən daha aşağı olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR