Razılıq əldə olunmasa, Conson "Brexit"in vaxtının uzadılması üçün Aİ-yə müraciət edəcək

Razılıq əldə olunmasa, Conson "Brexit"in vaxtının uzadılması üçün Aİ-yə müraciət edəcək
  • Clock-gray 16:18
  • calendar-gray 04 Oktyabr 2019

Oktyabrın 19-dək “Brexit”lə bağlı Avropa İttifaqı (Aİ) ilə razılığa gəlinmədiyi təqdirdə, Böyük Britaniyanın Baş Naziri Boris Conson prosesin uzadılması üçün təşkilata müraciət məktubu göndərəcək. 

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbər görə, bu barədə Şotlandiya məhkəməsinə təqdim olunan hökumət sənədlərində bildirilib.

Qeyd edək ki, Böyük Britaniyanın Baş Naziri bir neçə gün öncə "Brexit"lə bağlı təkliflər planını Aİ-yə təqdim etsə də, sözügedən planın müddəaları Aİ-ni qane etməyib. B. Conson açıqlamalarında Aİ ilə saziş əldə olunsa da, olunmasa da Böyük Britaniyanın oktyabrın 31-dək təşkilatdan ayrılacağını vurğulayıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date