Britaniya parlamentariləri Consonun dekabrın 12-də növbədənkənar seçkilər keçirmək təklifini dəstəkləyib

Britaniya parlamentariləri Consonun dekabrın 12-də növbədənkənar seçkilər keçirmək təklifini dəstəkləyib
# 30 oktyabr 2019 02:16 (UTC +04:00)

İngiltərə Parlamentinin İcmalar Palatası Böyük Britaniyanın baş naziri Boris Consonun dekabrın 12-də növbədənkənar parlament seçkiləri keçirmək təklifini dəstəkləyib.

APA xəbər verir ki, çərşənbə axşamı keçirilən səsvermə zamanı 438 nəfər Consonun planlarının lehinə səs verib, yalnız 20 deputat əleyhinə çıxış edib.

Bu seçki ilə Conson “Brexit” prosesini parlamentin aşağı palatasının “əlindən almaq” niyyətindədir.

Seçkilərin razılaşdırılmış müddətdə baş tutması üçün noyabrın 6-dan gec olmayaraq seçki kampaniyası ilə əlaqədar parlament ləğv edilməlidir. Beləliklə, Consonun 5 iş günü var ki, qanun layihəsi təsdiqlənmənin qalan mərhələlərindən keçə bilsin. İcmalar Palatası tərəfindən təsdiqlənən qanun layihəsinə indi Lordlar Palatası tərəfindən baxılmalıdır, üzvlərinin dəyişiklik etmək və yeni oxunuş üçün aşağı palataya qaytarmaq hüququ var. Qanun yalnız Kraliça II Yelizaveta tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR