Britaniya parlamentariləri ikinci dəfə Consonun erkən seçkilər keçirmək təklifini geri çevirib

Britaniya parlamentariləri ikinci dəfə Consonun erkən seçkilər keçirmək təklifini geri çevirib
# 10 sentyabr 2019 04:28 (UTC +04:00)

Britaniya parlamentinin İcmalar palatası ikinci dəfə baş nazir Boris Consonun oktyabr ayında erkən parlament seçkiləri keçirmək təklifini rədd edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, parlament televiziyası tərəfindən də canlı yayımlanan səsvermə zamanı yalnız 293 qanunverici hökumət başçısının təşəbbüsünü dəstəkləyib ki, bu da tələb olunanlardan xeyli azdır. 46 deputat isə qarşı çıxıb.

“Müxalifət ölkənin AB-dən çıxmasının lehinə səs verənlərin rəyinə məhəl qoymadan “Brexit”i yenidən təxirə salmaq istəyir. O, ardıcıl ikinci dəfə xalqın ümumi seçkidə iştirak etmək hüququna qarşı çıxır. Əgər İcmalar palatası seçim edə bilmirsə, o zaman o heç kimə bunu etməyə imkan verməz”, - deyən Conson, səsvermədən sonra “Brexit” şərtləri ilə bağlı Brüssellə yeni müqavilə bağlamaq cəhdindən imtina etməyəcəyini bildirib.

Erkən seçkiləri təyin etmək üçün hökumət 434 deputatın – bütün İcmalar palatasının üçdə ikisinin dəstəyini almalı idi, bu isə ancaq müxalifətin dəstəyi ilə mümkündür. Ancaq digər müxalifət qüvvələri tərəfindən dəstəklənən Leyboristlər partiyası yalnız Consonun Avropa Birliyindən “Brexit”in təxirə salınmasını istəyəcəyi halda erkən seçkilərin lehinə səs vermək niyyətini ortaya qoyub. Baş nazir isə belə bir addımı atmayacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR